8 Fevral 2022
Mətni dəyiş
Fransa 2021-ci ildə 84,7 milyard avro ilə tarixinin ən böyük xarici ticarət kəsrini qeyd edib.
Gömrük orqanlarından verilən açıqlamada bildirilir ki, ticarət balansının pisləşməsində ən böyük rolu “enerji” xərcləri oynayır. İstehsal olunan məhsulların da digər mühüm amil olduğu qeyd edilib.
Cari kəsrin artımı 2020-ci ildə -13 faiz olan idxalın 18,8 faiz artması, ixracın 15,8 faiz azalmadan sonra 2021-ci ildə 17 faiz artması ilə izah edilir.
Xarici Ticarət Naziri Frank Rister mətbuata açıqlamasında 36,2 milyard avroluq "rekord xidmət artıqlığına" diqqət çəkərək, "Ticari fəaliyyət cədvəlimizə baxmaq vacibdir" deyib. Nazir Rister həmçinin 17,9 milyard avroluq enerji borcunun "mal balansının pisləşməsinin əsas səbəbi" kimi göstərib.
Bundan əlavə, xarici ticarət naziri ixracatda ən əhəmiyyətli paya sahib bəzi sektorların böhrandan əvvəlki günlərə qayıda bilmədiklərini qeyd edib və bildirib ki, “Məsələn, aviasiya sektoru 2019-cu illə müqayisədə ixracda 57 faiz səviyyəsinə çata bilib”.
Ölkə tarixində bu günə qədər ən böyük cari kəsir 2011-ci ildə yaşanıb və 75 milyard avro olaraq qeyd edilib.