Ermənistan parlamenti Sarkisyanı əvəz edəcək növbəti prezidenti martda seçəcək

Ermənistan parlamenti Sarkisyanı əvəz edəcək növbəti prezidenti martda seçəcək
3 Fevral 2022
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 23-də istefa vermiş prezident Armen Sarkisyanın yerini alacaq şəxsin müəyyən edilməsi üçün martda parlamentə seçkilərin keçiriləcəyini açıqlayıb. Ermənistanda hakim partiya bu seçkidə yüksək texnologiyalar sənayesi naziri Vahaqn Xaçatiryanın namizədliyini irəli sürəcək. Prezident Armen Sarkisyan istefası ilə bağlı verdiyi açıqlamada ölkəsində müxtəlif siyasi problemlərin mövcudluğundan və onlarla mübarizə aparmaq üçün lazımi alətlərə malik olmadığından danışıb. Prezident kimi daxili və xarici problemləri həll etmək üçün konstitusiya səlahiyyətinə malik olmadığını deyən Sarkisyan bəzi siyasi qrupların onu və ailəsini hədəfə almasından da şikayətlənib. Qeyd olunan səbəblərdən səhhətinin mənfi təsirləndiyini vurğulayan Sarkisyan əlavə edib ki, bu barədə uzun müddət düşünüb və dörd ildən sonra prezidentlikdən istefa vermək qərarına gəlib. “Bu qərar emosional deyil, müəyyən məntiq çərçivəsində verilib”, o bildirib. 2018-ci ildə prezident seçilən Sarkisyanın səlahiyyət müddəti 2025-ci ildə başa çatırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun