Demokratiya 18 Hərəkatı həbs olunan üzvləri Cəlil Zabidovun aclıq etməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, o artıq aclığının 5-ci günündədir.
Hərəkatın rəhbəri Əhməd Məmmədli bildirib ki, Zabidovun səhəti də yaxşı deyil: "Cəlil Zabidovun səhhəti pisləşib. Xəstələnib və qızdırması yüksəlib. Cəlil Zabidovun səhhəti nəzərə alınaraq tezliklə azadlığa buraxılmalıdır. Bu gün artıq 4 gündür ki, aclıq aksiyası keçirir", - deyə Məmmədli qeyd edib.
Fevralın 1-i Demokratiya 1918 Hərəkatının üzvü Cəlil Zabidov 25 sutka müddətinə azadlıqdan məhrum edilib.
Zabidov Yardımlı rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polisin qanuni tələblərinə tabe olmama) təqsirli bilinərək, 25 sutka inzibati həbs cəzası alıb.