UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq Fransanın paytaxtı Parisə verilib.
Bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib.
Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
Rusiya fevralın 24-ü gecə saatlarından etibarən Ukrayna ərazilərinə qarşı təcavüz həyata keçirir. Ölkənin suveren əraziləri işğal edilir, hərbi və mülki obyektlər vurulur. Ukrayna ərazisinə daxil olan Rusiya hərbi texnikası mülki əhalini hədəf alır. Artıq yüzlərlə itki var. Beynəlxalq aləm isə hələlik Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə kifayətlənir.