28 Fevral 2022
Mətni dəyiş
Britaniya hakimiyyəti Avropa İttifaqının ardınca Ukraynaya müdaxilə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Yeni iqtisadi məhdudiyyətlər, ölkənin fiziki və hüquqi şəxslərinə Rusiya Federasiyasının Mərkəzi Bankı, Rusiya Milli Rifah Fondu və Rusiya Federasiyasının Maliyyə Nazirliyi ilə əlaqəli hər hansı əməliyyatlar üçün qadağanı nəzərdə tutur.
Qeyd edildiyi kimi, qərar ABŞ və Aİ ilə razılaşdırılaraq, Qərbin artıq tətbiq etdiyi sanksiyaların təsirini sarsıtmaq üçün Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları yerləşdirməsinin qarşısını almaq məqsədilə qəbul edilib.
Avropa İttifaqı artıq Rusiyaya qarşı Mərkəzi Bankın aktivlərinin dondurulmasını və bəzi bankların SWIFT sistemindən ayrılmasını nəzərdə tutan yeni sanksiyaların tətbiqini elan edib.