25 Fevral 2022
Mətni dəyiş
Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində azı 25 dinc sakin həlak olub, daha 102 nəfər yaralanıb. Bu barədə Sky News Birləşmiş Millətlər Təşkilatının məlumatlarına istinadən xəbər verir.
Eyni zamanda qeyd edilir ki, bu məlumatlar təxminidir və ölən və yaralıların real sayı bundan dəfələrlə çox ola bilər.
Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Rusiyanın işğalının ilk günündə 137 ukraynalı hərbçinin həlak olduğunu, daha 316 hərbçinin isə yaralandığını bildirmişdi.