25 Fevral 2022
Mətni dəyiş
Ən nüfuzlu rusiyalı iş adamları Ukraynada hərbi əməliyyatların başlamasından bəri ilk gündə 39 milyard dollar itiriblər. Bu barədə Bloomberg məlumat verib.
Nəşrin məlumatına görə, ən çox itirən “Lukoyl”un prezidenti Vahit Ələkbərov olub – onun sərvəti 6,2 milyard dollar azalıb (13 milyard dollar).
“Severstal”ın direktorlar şurasının rəhbəri Aleksey Mordaşov 4,2 milyard dollar itirib (sərvəti 23 milyard dollara qədər azalıb).
Norilsk Nikel prezidenti və hazırda Rusiyanın ən varlı iş adamı Vladimir Potanin 3 milyard dollar itirib (sərvəti 26,1 milyard dollara qədər azalıb).
Fevralın 24-də Rusiyanın Ukraynada “hərbi xüsusi əməliyyatı”na başlaması fonunda Rusiya fond bazarı tarixin ən böyük çöküşünü yaşayıb. Moskva birjasının indeksi 33,3%, RTS indeksi 39,4% azalıb. Avro və dolların məzənnələri müvafiq olaraq 100 və 90 rubl işarələrinə yaxınlaşıb.
Qərb ölkələri hərbi təcavüzə cavab olaraq Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar elan ediblər.