11 Fevral 2022
Mətni dəyiş
"Rusiya Ukrayna ilə sərhədə qoşun yığmağa davam edir və istənilən vaxt hücuma başlaya bilər".
Bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.
Blinken Vaşinqtonun Kiyevdəki səfirlik əməkdaşlarının sayını azaltmağa davam edəcəyini deyib, Dövlət Departamentinin Ukraynadakı ABŞ vətəndaşlarına bu ölkəni dərhal tərk etməklə bağlı xəbərdarlığını bir daha dilə gətirib.
“Sadəcə, Rusiyanın eskalasiyasında çox narahatedici əlamətlər görməkdəyik, Ukrayna sərhədinə yeni qüvvələr gəlir. Əvvəl dediyimiz kimi, işğalın istənilən vaxt başlaya biləcəyi bir zamandayıq. Bu, Olimpiya oyunları vaxtı da baş verə bilər”, – Blinken fevralın 11-də Avstraliyanın Melburn şəhərində söyləyib.