"Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa cəlb edilməsi təmin olunacaq”.
Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.
Nemət Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin "prezident"i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb. O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.
"İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək", - deyə Əvəzov bildirib.
2020-ci ilin 10 noyabrında imzalanan bəyanatla Qarabağın ermənilər yaşayan hissələrində Rusiya sülhməramlı kontingenti yerləşdirilib.