Dünən vəzifəsindən istefa vermiş AMEA prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin baldızı oğlu və köməkçisi, AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov polis tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov deyib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”. Uzun zamandır davam edən "istefa" çağırışlarından sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev fevralın 14-də vəzifəsindən istefa verib. O, bu addımı atmasını yaşı ilə əlaqələndirib.