Fevralın 27-də yüzlərlə Azərbaycan vətəndaşı, ictimai-siyasi fəallar, ictimaiyyətin nümayəndələri Ukraynanın Azərbaycandakı Səfirliyinin binası qarşısında Ukrayna xalqına dəstək məqsədi ilə mitinqi keçirib. Aksiya ictimai fəallar tərəfindən təşkil eidlib.
Mitinqdə “Ukrayna!”, “Müharibəyə yox!”, “Putin rəd ol!”, “Ukraynaya eşq olsun!”, “Ukrayna xalqı Azərbaycan xalqı sizinlədir!”, “Putin çıx get!”, “Putinsiz Rusiya!”, “Bu Rusiya xalqının müharibəsi deyil, Putinin müharibəsidir!”, “Azərbaycan oyaqdır, Ukraynaya dayaqdır!” və digər şüarlar səsləndirilib.
Mitinq iştirakçılarının bəyanatında Rusiyanın beynəlxalq hüquq normalarını, ölkələrin ərazi bütövlüyü prinsipini pozaraq Ukraynaya qoşun yeritməsi qətiyyərtlə pislənir.
“Ukraynanın müdasfiəsi uğrunda həlak olanların xatirəsini yad edirik. Rusiyanın işğalçı qoşunları qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarlmalıdır. Ukraynaya qarşı müharibə qərarı verən Rusiya rəsmilərinin, Putin də daxil olmaqla beynəlxalq hərbi tribunala cəlb edilməsini tələb edirik,” mitinq iştirakçılarının bəyanatında qeyd edilir.