Bakıda "Kartpak" MMC-yə məxsus karton zavodda fəhlə işləyən 1957-ci il təvəllüdlü Məlikməmməd Ağayev hündürlükdən yıxılaraq ölüb.
Bu barədə prokurorluq məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 4-ü saat 16 radələrində paytaxtın Binəqədi rayonuda baş verib.
"Aparılan araşdırmalarla müəyyən edilib ki, Məlikməmməd Ağayev zavodda yerdən 2,5 metr hündürlükdəki kartonları pilləkənin üzərinə çıxıb yerə düşürən zaman yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb", - deyə prokurorluq qeyd edib.