Azərbaycan ailəsi Ukraynada Rusiya aviasiyasının zərbəsindən həlak olub

Azərbaycan ailəsi Ukraynada Rusiya aviasiyasının zərbəsindən həlak olub
26 Fevral 2022
Mətni dəyiş
Ukraynada azərbaycanlı ailənin 3 üzvü Rusiya ordusunun aviazərbəsi nəticəsində həyatını itirib.
Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib. Bu barədə Modern.az saytı məlumat yayıb.
Qoşqar Fərzəliyevin yaxınları bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.
Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub. Q.Fərzəliyev həmin vaxt orada olmayıb.
Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələbə idi. Onlar Ukrayna vətəndaşları olublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun