Ukraynaya təcavüzündən sonra Rusiyaya və ölkə rəsmilərinə qarşı tətbiq olunan sanksiyaların əhatəsi genişlənir. Sanksiya tətbiq edən ölkələrə Avstraliya da qoşulub. Yeni sanksiya Putini və Rusiyanın digər rəsmilərini hədəf alıb. Belə ki, siyahıya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsev daxildir. Onların hamısı ölkənin Təhlükəsizlik Şurasının üzvləridir və qurumun Luqansk və Donetsk “respublika”larının müstəqilliyinin tanınması məsələsi ilə bağlı açıq iclasında iştirak ediblər.
Tədbirlərə Avstraliyaya səyahət qadağası və məqsədyönlü maliyyə sanksiyaları daxildir. Fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya təcavüzü başlayıb. Bu barədə tapşırığı Rusiya prezidenti Vladimir Putin verib. Əməliyyatlardan sonra Rusiya beynəlxalq aləmin ciddi sanksiyalkarına məruz qalıb.