25 Fevral 2022
Mətni dəyiş
Aİ cümə günü tətbiq edilən sanksiyalar paketi çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun aktivlərini dondurmağa hazırlaşır.
Bu barədə məsələ ilə tanış olan üç mənbə məlumat verib.
Bildirilir ki, xarici işlər nazirləri bu gün Rusiya banklarına və sənayesinə qarşı bir sıra tədbirlərlə yanaşı, sözügedən sanksiyalar paketini də təsdiq etməyi planlaşdırır.
Bununla belə, Putin və Lavrov tədbirlər çərçivəsində səyahət qadağasına məruz qalmayacaq.
Məsələ cümə axşamı liderlər tərəfindən müzakirə edilib və onların çoxu bu ideyanın lehinə səs verib.