Almaniya “Şimal axını – 2”nin sertifikasiyasını dayandırıb. Bu barədə Almaniyanın kansleri Olaf Şols məlumat verib.
Kansler deyib ki, ˝Şimal axını – 2”nin dayandırılması rəsmi Moskvaya aydın siqnaldır ki, belə hərəkətləri fəsadsız ötüşməyəcək: “Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Almaniya hökuməti “Şimal axını-2” layihəsinin sertifikasiya prosesini dayandırır” - deyə o, əlavə edib.Kansler bildirib ki, Rusiyanın dünyada dəstəyi yoxdur.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.