Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri Bruno Kahl gizli görüş üçün getdiyi Ukraynadan xüsusi təyinatlı qüvvələrin köməyilə çətinliklə çıxarılıb. Bu barədə "Focus" nəşri məlumat yayıb. Bildirilib ki, agentliyin rıhbəri xüsusi görüşlər üçün Ukraynada olub və döyüşlər şiddətləndikdən sonra, ölkədən çıxa bilməyib. Ukraynanın hava yolu bağlı olduğundan Kahl xüsusi təyinatlıların köməyilə quru yolla ölkə ərazisini tək edib. Kəşfiyyat rəhbərinin quru yolla çıxış əməliyyatı 2 gün çəkib.
Hazırda Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir.
Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.