Azərbaycan Futbol Federasiyası Asossasiyası (AFFA) 2021-ci ilə olan gəlirlərini və xərclərini açıqlayıb. Bu barədə qurumun mətbuat konfransında məlumat verilib. Bildirilib ki, 2021-ci il ərzində gəlirlər 26 636 579 manat, xərclər isə 21 845 243 manat təşkil edib. Qeyd olunub ki, gəlirlərin 12 000 000 manatı SOCAR, 5 016 000 manatı UEFA-dan, 5 742 346 manatı yayımdan, 2 923 188 manatı FIFA-dan, 47 200 manatı "Coca Cola"dan, 16 874 manatı UNİCEF-dən, 236 000 manatı Paşa Sığortadan, 123 900 manatı "Procter and Gamble"dən, 530 646 manatı isə digər mənbələrdən daxil olub. AFFA Azərbaycanda ən çox tənqid olunan qurumlar arasındadır. Tənqidçilər bildirirlər ki, bu istiqamətdə külli miqdarda dövlət vəsaiti xərclənsə də, futbol inkişaf etmir. AFFA isə öz növbəsində quruma yönələn tənqidlərin adekvat olmadığını bildirir.