ABŞ Ukraynadan başqa ölkələrə mümkün qaçqın axınının yaratdığı böhrana hazırlaşmaq üçün addımlar atır.
Bu barədə bazar günü CBS televiziya şirkətinin efirində ABŞ maliyyə nazirinin müavini Adeval Adeyemo bildirib.
“Biz Avropadakı müttəfiqlərimizlə çox sıx işləyirik ki, onların enerji ehtiyaclarını ödəməyə kömək edə bilək. Biz həmçinin potensial qaçqın böhranına hazırlaşmaq üçün addımlar atırıq”, - o bildirib.
“Ancaq əsas seçim Putindədir. O, ABŞ və NATO ilə diplomatiya yolunu seçə bilər və ya Rusiya Federasiyası üçün ciddi iqtisadi nəticələri ehtiva edən işğalın nəticələrini qəbul edə bilər”, - Adeyemo əlavə edib.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginlik adlandırıb. O, Rusiyanın heç kimə təhlükə törətmədiyini vurğulayıb və xatırladıb ki, rus qoşunlarının bütün hərəkətləri onun öz ərazisində baş verir. Eyni zamanda, Peskov bu cür bəyanatlara ilə təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.