Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandes narkotik qaçaqmalçılığında ittiham olunur. Honduras Ali Məhkəməsi onun həbsi ilə bağlı qərar çıxarıb.
Yanvarda səlahiyyət müddəti başa çatan prezident ABŞ-ın sorğusu əsasında istintaqa cəlb edilib. Belə ki, ABŞ hesab edir ki, siyasətçi Amerika ərazisinə xeyli miqdarda kokainin daşınmasında iştirak edib.
ABŞ siyasətçinin ekstradisiya edilməsini istəyir.
Keçmiş prezident Hernandes isə ittihamları rədd edib və bildirib ki, o, məhkəmədə iştirak edib özünü müdafiə edəcək.
2021-ci il martın sonunda ABŞ məhkəməsi Hondurasın keçmiş prezidentinin qardaşı Xuan Antonio Hernandesi narkotik ticarətində iştirak etdiyinə görə ömürlük həbs cəzasına məhkum edib.