ABŞ-ın Rusiyadakı səfirliyi bu ölkədə olan Amerika vətəndaşlarına ola biləcək terror hücumu ilə bağlı xəbərdarlıq edib.
Bu barədə səfirliyin saytında məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, Moskva və Sankt-Peterburq da daxil olmaqla böyük şəhərlərdə ticarət mərkəzlərində, metro stansiyalarında və insanların sıx toplaşdığı digər yerlərdə terror təhlükəsi var.
Bildirilib ki, Amerika vətəndaşlarına sözügedən ərazilərə ümumuiyyətlə getməmək tövsiyə olunur.
Hazırda Rusiya-Ukrayna gərginliyi davam edir. Bu günlərdə Amerika prezidenti Co Bayden bildirib ki, ABŞ kəşfiyyatında Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı dəqiq məlumatlar var.