16 Fevral 2022
Mətni dəyiş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyündən danışıb.
Ria Novostinin məlumatına görə, Türkiyə lideri bildirib ki, görüş yeri İstanbul və ya Ankara şəhərləri ola bilər. Ərdoğan söyləyib ki, bunun üçün Putin və Zelenskinin müsbət cavab verməsi gərəklidir.
“Cənab Zelenski onunla görüşümüz zamanı üçtərəfli görüş ideyasına müsbət yanaşdığını söylədi. Əgər cənab Putin də məsələyə müsbət yanaşsa, ümid edirəm ki, İstanbulda və ya Ankarada görüşə biləcəyik”, - deyə R.T.Ərdoğan bildirib.