İlham Əliyev ailə şirkətinə məxsus otelin açılını edib

İlham Əliyev ailə şirkətinə məxsus otelin açılını edib
19 Dekabr 2022
Mətni dəyiş

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər.

Prezidentin rəsmi saytında verilən məlumata görə, hündürlüyü 130 metr olan otel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton Baku” otelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi otel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.

Otel “Pasha Holding”-in törəmə şirkəti olan “Absheron Hotel Group”-un idarəçiliyindədir.

2022-ci ilin 31 martına olan məlumata görə, “Pasha Holding”-də Bless MMC 37.50 %, Reveri MMC 37.50%, Arif Paşayev 15 % və Mir Camal Paşayev 10% paya sahibdir. 

“Pasha Holding”-in səhmdarı kimi göstərilən “Bless” və “Reveri” MMC şirkətlərinin sahibləri Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevadır. 

Sözügedən otel bundan əvvəl “Trump Tower” adı altında fəaliyyət göstərirdi.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus olan “Trump Tower Baku” naməlum səbəblərdən yanıb, daha sonra isə 28 aprel 2018-ci ildə təmirə bağlanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun