Ermənistan Birinci Qarabağ müharibəsində həlak olan 10 nəfərin cəsədini təhvil verib

Ermənistan Birinci Qarabağ müharibəsində həlak olan 10 nəfərin cəsədini təhvil verib
5 Dekabr 2022
Mətni dəyiş

4 meyitin mümkün yerlərini göstərən xəritə də Azərbaycana verilib 

Ermənistan dekabrın 1-də I Qarabağ müharibəsi qurbanlarından 10 nəfərin meyitini və 4 cəsədin mümkün yerlərini göstərən 2 xəritəni Azərbaycana təhvil verib.

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, onlar 2020-ci il noyabrın 9-dan bu günə kimi I Qarabağ müharibəsində həlak olan 140 nəfərin cəsədini və 5 xəritəni Azərbaycana təhvil veriblər. 

Noyabrın 28-də isə Azərbaycan sentyabrın 12-13-də Ermənistanla qarşıdurmada həlak olan 13 erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun