"Zəngəzur dəhlizi ilə bağlı mövqeyimiz heç vaxt dəyişməyib və dəyişməyəcək"

"Zəngəzur dəhlizi ilə bağlı mövqeyimiz heç vaxt dəyişməyib və dəyişməyəcək"
9 Noyabr 2022
Mətni dəyiş

Ermənistan İlham Əliyevin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatına cavab verdi

“İlham Əliyevin son destruktiv bəyanatları nə Vaşinqtonda, nə də Soçidə aparılan danışıqlarla əlaqələndirilməlidir”. 
 
Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Azərbaycan prezidentinin bəyanatlarına cavab verib.
 
“Azərbaycan prezidenti bütün danışıqlar prosesi kontekstində, xüsusən də müharibədən sonrakı dövrdə konstruktiv olmayıb. Düşünürəm ki, bunu Vaşinqton prosesi, Soçi prosesi və ya başqa bir proseslə əlaqələndirməyin mənası yoxdur” - deyə Ağacanyan bildirib.
 
İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının Ermənistanın öhdəliyi olması barədə fikrinə cavab olaraq Ağacanyan deyib ki, Ermənistan heç vaxt belə bir öhdəlik götürməyib. 
 
“Söhbət yolların açılmasından gedir”, deyən Ağacanyan rəsmi Yerevanın dəhlizin Ermənistan üçün qırmızı xətt olması barədə əvvəlki bəyanatlarını təsdiqləyib. "Bizim bu məsələ ilə bağlı mövqeyimiz heç vaxt dəyişməyib və dəyişməyəcək" - deputat bildirib.
 
Ağacanyan bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yalnız bir dəhliz qeyd olunub, bu da Laçın dəhlizidir:
 “Laçın dəhlizi heç bir halda onların Zəngəzur dəhlizi dedikləri ilə müqayisə oluna bilməz. Söhbət nəqliyyat marşrutlarının açılmasından gedir”.
 
Noyabrın 8-də Şuşada təşkil olunan tədbirdə çıxış edən prezident İlham Əliyev deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. 
 
“Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”-İlham Əliyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun