İlham Əliyev: “Fransa sülh danışıqlarında iştirak edə bilməz”

İlham Əliyev: “Fransa sülh danışıqlarında iştirak edə bilməz”
25 Noyabr 2022
Mətni dəyiş

İlham Əliyev bildirib ki, E.Makron sülh danışıqlarında iştirak edəcəksə, Brüssel görüşü baş tutmayacaq


“Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib”- bu sözləri prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib. 

İ.Əliyev Ermənistanın Baş naziri Paşinyanın Brüssel görüşündə Fransa prezidenti Emmanuel Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib: 

“Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”

İ.Əliyev Fransa prezidentinin Praqa görüşündən bir həftə sonra verdiyi müsahibədə Azərbaycanı tənqid etdiyin deyib: 

“Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır” -prezident bildirib.

 Azərbaycan və Ermənistan rəhbərlərinin dekabrın 7-də Brüsseldə görüşü planlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun