Xocavənddə aşkarlanan meyitlərdən şəxsiyyəti müəyyənləşdirilənlər var

Xocavənddə aşkarlanan meyitlərdən şəxsiyyəti müəyyənləşdirilənlər var
6 Oktyabr 2022
Mətni dəyiş

Baş prokuror: "Biz hər itkin düşmüş şəxsin 2-3 qohumundan DNT nümunələri götürmüşük”

“Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqlarda 25 insana aid meyit qalıqlarına ayrı-ayrılıqda baxışlar keçirilib” - Xocavənd rayonunun Edilli kəndində məzarlıq aşkar olunub.

Bu barədə məlumatı Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə verib.

Onun sözlərinə görə, meyit qalıqları aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyən etməyə çalışırlar və artıq onların bir neçəsinin kimliyi müəyyən edilib.

“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir. Biz hər itkin düşmüş şəxsin 2-3 qohumundan DNT nümunələri götürmüşük” – deyə Baş prokuror bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun