Ərdoğan: “Şuşada Baş Konsulluq açırıq”

Ərdoğan: “Şuşada Baş Konsulluq açırıq”
21 Oktyabr 2022
Mətni dəyiş

"Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işləri tamamlayacağıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Baş Konsulluq açacaqlarını bildirib. TRT Haber xəbər verir ki, Ərdoğan bu barədə Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab olaraq deyib. 

Türkiyə prezidenti bildirib ki, Zəngilan və digər hava limanlarının açılması ilə Şuşanın turizmə yolu açılır.

“Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. İlham Əliyev dedi ki, gələn il bura çox ciddi vəsait ayıracaqlar. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işləri tamamlayacağıq” - deyə o qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, dəmir yolu ilə yanaşı, avtomobil yollarının da tikintisi bitən kimi artıq Şuşaya yol açılacaq.
“Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq. İnanıram ki, İlham Əliyev tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Şuşaya hotellər üçün qoyulacaq investisiyalar onu cazibə mərkəzinə çevirəcək. Şuşada Baş Konsulluq açırıq” - deyə o vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun