Putin: "Ermənistan öz bildiyini etdi və bu, indiki vəziyyətə gətirib çıxardı”

Putin: "Ermənistan öz bildiyini etdi və bu, indiki vəziyyətə gətirib çıxardı”
28 Oktyabr 2022
Mətni dəyiş

N. Paşinyan: “Ermənistan Rusiyanın təklifi üzərində işləməyə hazırdır”

“Ermənistan Rusiyanın təklifi üzərində işləməyə hazırdır”, baş nazir Nikol Paşinyan özünün rəsmi Twitter səhifəsində yazıb.

Yerevan sentyabrın əvvəlində “Rusiya tərəfindən təqdim olunan Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə” razılaşdığını vurğulayıb. Paşinyan həmin açıqlamanı xatırladaraq yazıb: “Ermənistan Soçidə bunu təsdiqləməyə hazırdır”.

"Biz ümid edirik ki, Rusiya öz təkliflərinin üzərində qalacaq" - Ermənistan lideri yazıb.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı Valday klubunun iclasında bildirib ki, Rusiya sülh müqaviləsi ilə bağlı Ermənistana heç nə diqtə edə bilməz və etməyəcək də.

Putin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton" variantı Bakının Qarabağ üzərində suverenliyini nəzərdə tutur:

“Sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Biz də sərhəd məsələsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Hansı variantı seçmək məsələsi Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Hər halda, variantdan asılı olmayaraq əgər bu, sülhə gətirib çıxaracaqsa, biz hamımız bunun tərəfdarı olacağıq”

Rusiya prezidenti həmçinin qeyd edib ki, Moskva uzun illərdir Yerevanla dialoq aparıb, Dağlıq Qarabağ ətrafındakı beş rayonu Azərbaycana verməyi, Qarabağla əlaqə saxlamaq üçün iki rayon saxlamağı təklif edib, lakin Ermənistan “öz bildiyini etdi” və “bu, indiki yaranmış vəziyyətə gətirib çıxardı”.


Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü gözlənilir. Ermənistanın baş naziri iştirakını təsdiqləyib. Azərbaycan tərəfi hələlik Rusiya prezidentinin dəvətinə açıq şəkildə cavab verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun