“Azərbaycan Ermənistana qarşı yeni hərbi aqressiya üçün bəhanə yaradır”
“Azərbaycan atəşkəs rejiminin pozulmasını daim Ermənistanla əlaqələndirir. Aydındır ki, bu, Ermənistana qarşı yeni hərbi aqressiya üçün bəhanə yaradır” - deyə Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter” hesabında yazıb.
Ermənistanın Baş naziri əlavə edib ki, “atəşkəsi qorumaq və sərhədlərin təhlükəsizliyini təmin etmək üçün daimi beynəlxalq mexanizmə ehtiyac var”.
Son günlər Yerevan və Bakı demək olar ki, hər gün bir-birini mövqeləri atəşə tutmaqda ittiham edir. Son olaraq oktyabrın 17-də Azərbaycan Ermənistanı Daşkəsəndə yerləşən bölmələrlə üzbəüz hərbi texnika və qüvvə yerləşdirməkdə günahlandırıb.
Ermənistan Müdafiə Nazirliyi sərhədə əlavə qüvvənin cəlb edilməsilə bağlı məlumatı təsdiq edib. Onlar Azərbaycan hərbçilərinin sərhəddə toplaşmasına cavab olaraq bu tədbiri gördüklərini bildiriblər.