Paşinyan: “Azərbaycan erməni hərbi əsirləri azad etməkdən imtina edir”

Paşinyan: “Azərbaycan erməni hərbi əsirləri azad etməkdən imtina edir” Foto: sosial media
3 Oktyabr 2022
Mətni dəyiş

Azərbaycan dövlət qurumları Paşinyanın ittihamlarına cavab veməkdən boyun qaçırıb

"Azərbaycan ikinci dəfədir ki, erməni hərbi əsirləri azad etmək vədini yerinə yetirməkdən imtina edir". Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter” hesabında yazıb.

Baş nazirin sözlərinə görə, ilk hadisə may ayında Brüsseldə olub.

“Və ikinci dəfə indi Azərbaycan Vaşinqtonda sentyabrın 30-dək 17 erməni məhbusu azad edəcəyinə söz vermişdi” - Paşinyan yazıb.

Ermənistan Baş nazirinin bu iddiası ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti suallarımızı cavablandırmaqdan imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun