Yunanıstan məhkəməsi Sevan Nişanyanı 15 gün ərzində ölkəni tərk etmək şərti ilə azadlığa buraxıb

Yunanıstan məhkəməsi Sevan Nişanyanı 15 gün ərzində ölkəni tərk etmək şərti ilə azadlığa buraxıb
8 Yanvar 2022
Mətni dəyiş
Ermənistanın Afinadakı səfirliyi Yunanıstan məhkəməsinin həbsdə olan yazıçı Sevan Nişanyanın 2 həftə ərzində ölkəni tərk etməsi şərti ilə azadlığa buraxılmasına qərar verdiyini açıqlayıb. 2017-ci ildə Türkiyənin Foça Açıq Həbsxanasından Yunanıstana qaçan Nişanyanın müvəqqəti yaşamaq icazəsi olub. 65 yaşlı yazıçı icazənin yenilənməsi ilə bağlı müraciəti rədd edildikdən sonra 30 dekabr 2021-ci ildə Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ermənistanın Afinadakı səfirliyi Facebook-da yayımladığı mesajda Yunanıstan məhkəməsinin Nişanyanın azadlığa buraxılmasına qərar verdiyini açıqlayıb. Bildirilib ki, Nişanyan ölkəsi Ermənistana gedə bilər. Nişanyan da Facebook hesabında 8 günlük həbs müddətindən sonra sərbəst buraxıldığını açıqlayıb. Qərara əsasən 15 gün ərzində Yunanıstanı tərk etməli olan Nişanyanın Ermənistan vətəndaşı olduğu və istəsə bu ölkəyə gedə biləcəyi qeyd edilib. Yunanıstan rəsmiləri Nişanyanın yaşamaq icazəsinin uzadılması ilə bağlı müraciətinin niyə rədd edildiyini hələ ki, aydınlaşdırmayıb. Ermənistan səfirliyi məsələ ilə bağlı “hərəkətə keçdiyini” bəyan edib və “problemin həlli üçün bütün vasitələrdən istifadə ediləcəyini” qeyd edib. Sevan Nişanyan 2014-cü ildə Türkiyədə qanunsuz tikinti işinə görə mühakimə olunub və 11,5 il müddətinə azadlıqdan məhrum edilib. Nişanyan bu qərarın “onun siyasi ideyalarını cəzalandırmaq üçün” verildiyini iddia edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun