2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən jurnalist Mahir Ələkbərova (Xəttab) hökm oxunub.
Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovu Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Ötən iclasda prokuror M.Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.
M.Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri qəsdən yaymaqda və ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə itiham olunurdu.