Ukraynada 20 yaşlı əsgər xidməti silahdan istifadə edərək öz xidmət yoldaşlarına atəş açıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 27-də səhər 5 radələrində karaul otağında baş verib. Dnepr şəhərində Milli Qvardiyada xidmət edən 20 yaşlı Artemiy Ryabçuk müddətdən artıq hərbi xidmət keçirmiş. O, əsgər yoldaşlarını karaul otağında güllələyib. Hadisə zamanı otaqda ümumilikdə 22-yə yaxın hərbçi olub. Artemiy Ryabçuk hadisəni törətdikdən sonra qaçmağı bacarıb. Onun saxlanılması üçün əməliyyatlar aparılır. Daxili İşlər Nazirliyi onu da əlavə edib ki, hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil.