24 Yanvar 2022
Mətni dəyiş
Rusiya Ukrayna sərhədinə qoşun yığdıqdan sonra NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və gəmiləri göndərəcəyini açıqlayıb.
Ukrayna sərhədində davam edən hərbi gərginlik səbəbindən Qərb dövlətləri ilə Rusiya arasında da gərginlik artır. ABŞ və İngiltərə Rusiyanın mümkün hücumu ehtimalına görə Ukraynadakı diplomatların ailələrini təxliyə etmək qərarına gəlib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Entoni Blinkenlə görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın Ukraynaya girməyə hazırlaşması iddialarının əksinə olaraq ölkəsinin Ukraynaya hücum etməyəcəyini dəfələrlə bəyan etdiyini söyləyib.