Türkiyə Konstitusiya Məhkəməsi “ifadə və mətbuat azadlığının pozulması” ilə bağlı qərar verib

Türkiyə Konstitusiya Məhkəməsi “ifadə və mətbuat azadlığının pozulması” ilə bağlı qərar verib
8 Yanvar 2022
Mətni dəyiş
Türkiyə Konstitusiya Məhkəməsi bəzi internet xəbərlərinin yayımına qadağa qoyulması ilə bağlı müraciətlərdə pozuntuya dair qərar verib və oxşar mövzularda müraciətlərə baxılmasını 1 il müddətinə təxirə salıb. Konstitusiya Məhkəməsi bəzi xəbər məqalələrinin yayımına qadağa qoyulması ilə bağlı edilən müraciətlərin müvafiq qanuna əsasən, ifadə və mətbuat azadlığını pozduğuna qərar verib və bənzər ərizələrin araşdırılmasının bir il müddətinə təxirə salınmasına qərar verib. Rəsmi Qəzetdə dərc olunan qərara görə, internet səhifələrindəki bəzi xəbərlərin yayımlanması qadağan edilən 9 media orqanı Konstitusiya Məhkəməsinə fərdi ərizə ilə müraciət edərək, bu qərarlara etirazlarının sülh hakimləri tərəfindən rədd edildiyini, ifadə və mətbuat azadlığının pozulduğunu iddia ediblər. Ali Məhkəmə mövzu baxımından hüquqi əlaqənin mövcudluğuna görə ərizələri birləşdirərək, öz qərarı ilə ərizəçilərin ifadə və mətbuat azadlığı hüququnun pozulduğu qənaətinə gəlib. Məhkəmə pozuntuların struktur problemlərindən qaynaqlandığını nəzərə alaraq, pilot qərar proseduru tətbiq edilməklə, analoji məsələlərlə bağlı müraciətlərə baxılmasının 1 il müddətinə təxirə salınmasına qərar verib. Konstitusiya Məhkəməsi də qərarın nümunəsinin Türkiyə Böyük Millət Məclisinə bildirilməsi və müvafiq sülh cəza hakimliklərinə göndərilməsinə qərar verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun