Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bundan əvvəl, Azərbaycan prezidentinin sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilmişdi.
Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilmişdi.
Prezident səhiyyə nazirinin işdən azad olunması ilə bərabər bir sərəncam da imzalayıb, Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin etmişdi.
Bu günə qədər nazir postu boş qalmışdı.