Taliban tənqidçi professoru həbs edib

Taliban tənqidçi professoru həbs edib
10 Yanvar 2022
Mətni dəyiş

Əfqanıstanın Kabil Universitetinin professoru, siyasi şərhçi Feyzullah Cəlal Talibanı sosial şəbəkələrdə tənqid etdiyi üçün silahlı qruplaşma tərəfindən həbs edilib. 

Bu barədə məlumatı professorun qızı Hasina Cəlal "Twitter" hesabından paylaşıb.

Hasina Cəlal deyib ki, atası saxlanıldıqdan sonra ondan heç bir məlumat ala bilmirlər. Qızı atasının azadlığa buraxılmasını tələb edib.

Talibanın sözçüsü Zabihullah Mücahid professor Feyzullah Cəlalın sosial şəbəkələrdə paylaşdığı statusların fotolarını paylaşaraq, Feyzullah Cəlalın həbsini təsdiqləyib: "Feyzullah Cəlal sosial şəbəkələrdə rejim əleyhinə radikal təbliğat apardığı və xalqın qüruru ilə oynadığı üçün həbs edilib", - deyə qeyd edib.

Feyzullah Cəlal tənqidi paylaşımlarında qeyd edib ki, Taliban Əfqanıstan xalqına insan kimi baxmır.

Talibanın kəşfiyyat naziri haqqında da tənqidi paylaşım edən professor qeyd edib ki, o, Pakistanın agentidir.

Taliban ötən ilin avqustunda Əfqanıstanda nəzarəti ələ alıb. Daha sonra insan haqqları fəallarına, tənqidçilərə və bir çox fərqli qruplara qarşı kütləvi repressiyalar başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun