27 Yanvar 2022
Mətni dəyiş
Suriya prezidenti Bəşər Əsəd ölkə daxilində və xaricində bütün fərarilər üçün ümumi amnistiya elan edib. Amnistiya ölkədə olanların 3 ay, ölkədən kənarda olanların isə 4 ay ərzində hərbi şöbələrə getməsi şərti ilə tətbiq olunacaq.
Suriya Prezident Aparatının qərarla bağlı verdiyi açıqlamada bildirilir ki, Prezident Əsəd 25 yanvar 2022-ci ilə qədər hərbi xidmətdən qaçaraq ölkə daxilində və xaricində qalanlara tam amnistiya verilməsi ilə bağlı qərar verib. Suriya Ərəb Xəbər Agentliyi (SANA) da xəbəri "Prezident Bəşər Əsəd bu gün 25.1.2022-ci il tarixindən əvvəl daxili və xaricə qaçma cinayəti törədənlərin cəzasının tamamı ilə bağlı ümumi amnistiyanı ehtiva edən qanunu qüvvəyə mindirdi" başlığı ilə yayımlayıb.
Amnistiya 1950-ci ildə qəbul edilmiş və fərarilər üçün cəza nəzərdə tutan Hərbi Cinayətlər Qanununun 100 və 101-ci maddələrinə tabe olan vətəndaşları əhatə edir.