Sudanın baş naziri Abdullah Hamduk istefa verib

Sudanın baş naziri Abdullah Hamduk istefa verib
3 Yanvar 2022
Mətni dəyiş
Sudanda ordu iqtidarı ələ keçirdikdən sonra razılaşma ilə baş nazir vəzifəsinə qayıdan Abdullah Hamduk istefa verdiyini açıqlayıb. Paytaxt Xartumda dövlət televiziyasına açıqlamalar verən Hamduk istefa verdiyini söyləyib. "Sudan xalqına yol açmaq üçün əmanəti təhvil verərək istefamı təqdim etmək qərarına gəldim”. Ölkənin fəlakətə sürüklənməsinin qarşısını almaq üçün əlindən gələni etdiyini bildirən Hamduk "Sudan inqilabı hədəflərinə doğru irəliləyir" deyə əlavə edib. Ölkənin varlığını təhdid edən təhlükəli bir dönüş nöqtəsindən keçdiyini söyləyən Hamduk, bütün cəhdlərinə baxmayaraq, konsensusun əldə olunmadığını iddia edib. Hamduk siyasi böhrana çarə tapmaq üçün bütün siyasi və hərbi partiyalarla danışıqlar apardığını, lakin heç bir nəticə əldə edə bilmədiyini bildirib. Ordunun 25 oktyabr 2021-ci ildə Sudanda hakimiyyəti ələ keçirməsindən bəri mülki idarə tələbi ilə keçirilən etirazlarda 54 nəfərin həyatını itirdiyi açıqlanıb. Sudanın keçid hökumətinin mülki siması olaraq görülən Hamduk çevrilişdən sonra ordu ilə razılaşmanın bir hissəsi olaraq baş nazir vəzifəsinə bərpa edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun