Rəisi: "Tramp Qasım Süleymaniyə görə mühakimə olunmasa, ona qisas əli uzanacaq"

Rəisi: "Tramp Qasım Süleymaniyə görə mühakimə olunmasa, ona qisas əli uzanacaq"
4 Yanvar 2022
Mətni dəyiş

İranın yeni prezidenti İbrahim Rəisi bildirib ki, əgər ABŞ-ın sabiq prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymaninin ölümünə görə cəzalandırılmasa, onu İran cəzalandıracaq. 

Qasım Süleymaninin ölümünün ikinci ildönümü ilə bağlı tədbirdə danışan Rəisi deyib ki, işğalçı və əsl qatil Tramp ədalət qarşısında cavab verməli və cəzasını çəkməlidir. Rəisi bildirib ki, əgər Tramp, ABŞ-ın keçmiş dövlət katibi Pompeo və digərləri ədalətli şəkildə mühakimə olunmasalar, onlara islamçıların intiqam əli uzanacaq. O bildirib ki, Süleymani İran inqilabının simvoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda ABŞ Hərbi Hava Qüvvələrinin raket zərbəsi nəticəsində ölüb.

İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı ayətullah Seyid Əli Xaməneinin sərəncamı ilə bu vəzifəyə İsmail Qaani təyin edilib. İ.Qaani sələfinin müavini vəzifəsində çalışıb. O, vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun