Qazprom və BOTAŞ dörd illik təbii qaz müqaviləsi imzalayıb

Qazprom və BOTAŞ dörd illik təbii qaz müqaviləsi imzalayıb
6 Yanvar 2022
Mətni dəyiş
Rusiyanın enerji şirkəti “Qazprom” və “Boru Hatları ile Petrol Taşıma AŞ” (BOTAŞ) arasında “Türk axını” boru kəməri üzrə dörd illik təbii qazın alqı-satqı müqaviləsi imzalanıb. “Qazprom”un törəmə şirkəti “Qazprom Export” tərəfindən verilən yazılı açıqlamada, dekabrın 30-da “Qazprom Export” ilə BOTAŞ arasında təbii qaz daşınması üçün müxtəlif müqavilələrin imzalandığı bildirilib. 1 yanvar 2022-ci il tarixindən etibarən təbii qaz nəqli üçün yeni müqavilənin də yer aldığı barədə verilən açıqlamada deyilib ki, BOTAŞ ilə təbii qaz tədarükü üçün yeni müqavilə imzalanıb. Müqavilə TürkAxımı təbii qaz kəməri ilə dörd il ərzində 5,75 milyard kubmetrə qədər qaz təchizatını əhatə edir. “Qazprom Export” şirkətinin prezidenti Elena Burmistrova ötən ilin noyabrında verdiyi açıqlamada Türkiyəyə təbii qaz tədarüklərini təxminən 140 faiz artırdıqlarını və 2021-ci ilin sonuna qədər təxminən 25 milyard kubmetr qaz nəql etməyi planlaşdırdıqlarını söyləyib. Təbii qazın qiyməti qalxdı Təbii qaz üzrə yanvar ayında yaşayış məntəqələrinin tarifində 25 faiz, sənaye abonentlərinin mövcud tarifində 50 faiz, elektrik enerjisinin istehsalı tarifində isə 15 faiz artım edilib. BOTAŞ-ın internet saytında dərc olunan tarif cədvəlinə görə, yanvar ayında yaşayış istehlakçıları üçün qaz paylama şirkətlərinə tətbiq olunacaq satış qiyməti cari tariflə müqayisədə yüzdə 25 artımla min kubmetr təbii qaz üçün 1860 lirə olub. Yanvarda illik istehlakı 300 min kubmetrdən çox olan sənaye abonentlərinin tarifində min kubmetr qazın qiyməti 50 faiz artaraq 6 min 300 lirəyə, elektrik enerjisi istehsalı tarifi isə 15 faiz artaraq 5 min 520 lirəyə yüksəlib. Təbii qazın qiymət tarifləri aylıq əsasda hesablanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun