Qazaxıstan DİN-i 4 minə yaxın etirazçının saxlanıldığını deyir

Qazaxıstan DİN-i 4 minə yaxın etirazçının saxlanıldığını deyir
8 Yanvar 2022
Mətni dəyiş

Qazaxıstanda iğtişaşlardan sonra 3811 nəfər saxlanılıb, 26 nəfər ölüb, bir o qədər də şəxs yaralanıb. 

Bu barədə yanvarın 7-də Qazaxıstan Daxili İşlər Nazirliyi əlumat yayıb.

Bundan əvvəl ölkədə 18 nəfər hüquq mühafizə orqanı əməkdaşının öldüyü, 740 nəfərin xəsarət aldığı bildirilib.

Qazaxıstanda vəziyyət yanvarın 2-də, maye qazın qiymətinin iki dəfə  artırılmasına qarşı ölkənin qərbində yerləşən Mangistau vilayətində etirazlarla gərginləşib.

Sonrakı günlərdə etirazlar bütün ölkəni bürüyüb və siyasi tələbləri də əhatə edib. Yanvarın 4-5-də Almatı şəhəri daxilindlə ölkənin müxtəlif bölgələrində etirazçılarla güc strukturları arasında toqquşmalar baş verib. Ölənlər və xəsarət alanlar var. Etirazlar hökumətin istefası və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi ilə nəticələnib.

Yanvarın 5-də Prezident Qasım-Comart Tokayevin müraciəti əsasında anti-terror əməliyyatları keçirmək üçün KTMT qoşunları ölkəyə daxil olub. Hazırda Qazaxıstanda vəziyyətin nisbətən sabitləşdiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun