Qasım Süleymaninin ölümünün ildönümündə İsrail xəbər saytları hücuma məruz qalıb

Qasım Süleymaninin ölümünün ildönümündə İsrail xəbər saytları hücuma məruz qalıb
3 Yanvar 2022
Mətni dəyiş
İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ-ın Bağdaddakı hücumu zamanı öldürülməsinin ikinci ildönümündə İsraildə nəşr olunan “Jerusalem Post” qəzetinin internet saytı və “Maariv” xəbər portalının Twitter hesabı haker hücumuna məruz qalıb. “Jerusalem Post”un xəbərinə görə, kiber hücum İrana yaxın olan internet hakerləri tərəfindən həyata keçirilib. Hakerlər Süleymanini təmsil etdiyi düşünülən yumruq formalı raketin sözügedən iki platformada İsrailin Dimona nüvə obyektinə düşdüyünü göstərən görüntüləri paylaşıblar. Paylaşımda həmçinin “Biz sizə düşündüyünüzdən daha yaxınıq” yazılıb. Xəbərdə hakerlərin İrandan, yoxsa bu ölkəyə dəstək verən kənar qruplardan olmasının hələlik bəlli olmadığı vurğulanıb. Hər iki xəbər şəbəkəsinin bir müddət sonra öz normal axınına qayıtdığı müşahidə edilib. İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın hücumu nəticəsində öldürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun