Polşada koronavirus (Covid-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olaraq qalır.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Rəsmi məlumatlara görə, 946 min 658 nəfər karantində saxlanılır. Dünən isə 36 min 995 yeni yoluxma qeydə alınıb.
Hökumətin qərarı ilə karantin müddəti 14 gündən 7 günə düşürülüb. Bununla bərabər, artıq hər kəs apteklərdə pulsuz test verə biləcəklər. Rəsmi rəqəmlərə görə, ölkədə ümumilikdə 4 milyon 584 min 361 yoluxma, 104 min 97 ölüm halı qeydə alınıb.
Koronavirusun yeni növü olan "Omicron" varinatının ölkəyə gəlməsindən sonra artan günlük yoluxma hallarının 50 mini keçəcəyi bildirilir. Əgər yoluxmaların qarşısı alınmasa, fevralın ortalarında günlük yoluxma 140 min ola bilər.
Artıq hökumət ölkədə 3-cü doza peyvəndlənmə həyata keçirilir.