Pfizer: Omikron üçün yeni peyvənd gəlir, 4-cü doza lazım olmaya bilər

Pfizer: Omikron üçün yeni peyvənd gəlir, 4-cü doza lazım olmaya bilər
11 Yanvar 2022
Mətni dəyiş
"Pfizer"-in baş icraçı direktoru Albert Burla yüksək yoluxuculuq gücünə malik Omikron variantına qarşı yaratdıqları peyvəndin mart ayında hazır olacağını, buna görə də hazırda istifadə olunan peyvəndlərin dördüncü dozasına ehtiyac olmadığını düşündüyünü söyləyib. "Dördüncü dozaya ehtiyac olub-olmadığını bilmirəm, sınaqdan keçirilməlidir" deyə Bourla sağlamlıq konfransında təqdimat etməzdən əvvəl Amerikanın CNBC kanalına müsahibəsində bildirib. Burla Covid-19 peyvəndinin Omikron və digər variantlara qarşı effektiv olan yeni versiyası üçün araşdırmaların davam etdiyini də sözlərinə əlavə edib. Burlanın açıqlamaları bəzi ölkələrin Omikron variantının təsiri nəticəsində ikinci gücləndirici peyvəndin vurulması variantlarını nəzərdən keçirdiyi dövrə təsadüf edib. İsrail isə ötən ilin son günlərində risk altında olan qruplara qarşı dördüncü dozanı təsdiqləyən ilk ölkə olub. “Moderna”-nın baş icraçı direktoru Stiven Bansel ötən həftə verdiyi açıqlamada hazırda vurulan gücləndirici dozaların effektivliyinin 2022-ci ilin payız aylarında azalacağını və buna görə də peyvəndin başqa bir dozasına ehtiyac olacağını söyləyib. Moderna noyabr ayında Omikron variantı üçün xüsusi xatırlatma dozası hazırlayacağını elan edib. Pfizer digər vaksinlər, müalicələr və dərmanlar üçün mRNA texnologiyasından istifadə etməyi hədəfləyir Pfizer Covid-19 peyvəndlərində istifadə etdikləri RNT (mRNA) texnologiyasının sahəsini genişləndirmək üçün üç yeni müqavilə bağladıqlarını açıqlayıb. mRNA texnologiyasına əsaslanan peyvəndlərin və müalicələrin effektini inkişaf etdirməyə çalışan “Pfizer”-in sövdələşmələrindən biri genetik mühəndisliyindən istifadə edərək müalicə üsulları təklif edən “Beam Therapeutics” ilə 1,35 milyard dollarlıq müqavilədir. Pfizer həmçinin Codex DNA şirkəti ilə mRNA vaksinləri, müalicə üsulları və biofarmasevtik məhsulları inkişaf etdirməyi hədəfləyir. Pfizer həmçinin Vankuverdə, Kanadada yerləşən “Acuitas Therapeutics” şirkətinin lidit nanohissəcik texnologiyasından istifadə edərək on yeni vaksin və müalicə üsulu hazırlamağı planlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun