31 Yanvar 2022
Mətni dəyiş
Yens Stoltenberq NATO-nun Ukraynaya mümkün işğalda qoşun göndərməyəcəyini bildirib.
BBC-nin efirində Ukrayna böhranı ilə bağlı sualları cavablandıran Stoltenberq Rusiyanın Ukraynaya müdaxiləsi halında NATO əsgərlərinin göndərilməsinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb: "Bizim NATO-nun döyüş hissələrini Ukraynaya göndərmək planımız yoxdur. Daha çox dəstək verməyə diqqət yetiririk".
Sputnik-in məlumatına görə, Stoltenberq bildirib ki, NATO üzvü olmaq ilə Ukrayna kimi güclü və çox dəyərli tərəfdaş olmaq arasında fərq var. “Buna heç bir şübhə yoxdur”, o əlavə edib.