Azərbaycan Müdafiə Nazirliyi ordunun Tovuz rayonu istiqamətindəki mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib. Bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyi bildirib ki, ordu qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Məlumata görə, Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.