29 Yanvar 2022
Mətni dəyiş
Rusiya əhalisi Sovet İttifaqının dağılmasından sonra ilk dəfə ötən il 1 milyondan çox azalıb.
Rusiya Federal Statistika Xidmətinin (Rosstat) açıqladığı məlumatlara görə, ölkədə ölüm nisbəti 2021-ci ildə əvvəlki illə müqayisədə 15,1 faiz artıb və 2 milyon 440 min nəfər ölüb.
Doğulanların sayının 2,3 faiz azalaraq 1 milyon 400 minə çatdığı ölkədə əhalinin sayı Sovet İttifaqının dağılmasından sonra ilk dəfə ötən il 1 milyon 40 min nəfər azalıb.
2021-ci ilin sonuna qədər Rusiya əhalisinin sayı 145,5 milyon nəfərə qədər azaldığı halda, ölkədə nikahların sayı 2020-ci ilə nisbətən ötən il 923 mindən 770 minə qədər azalıb, boşanmaların sayı isə 564 mindən 644 minə yüksəlib.
Rusiyada rəsmi rəqəmlərə görə, Covid-19 pandemiyası səbəbindən indiyədək 330 min 111 nəfər ölüb.
Mütəxəssislər xəbərdarlıq edir ki, Rusiyaya mühacir axını da azalıb və bu vəziyyət ölkədə uzun müddət aşağı doğum göstəriciləri ilə birləşərək yeni demoqrafik problemə səbəb ola bilər.
2020-ci ildə əhalinin təbii azalması 688,7 min nəfər olub.