Misirdə polisə hücum planlamaqda ittiham olunan 10 nəfərlə bağlı ölüm hökmü çıxarılıb. Bu barədə Misirin dövlət kanalı olan "MENA" Xəbər Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, məhkəmə qərarı ilə ölüm hökmünə məhkum edilən şəxslərin hamısı "Müsəlman qardaşları" adlı terror qrupunun üzvüdür. Onlar paytaxt Qahirənin Cənubunda olan bir polis mərkəzinə hücum planlaşdırmaqda ittiham olunurlar. 2014-cü ildə bir polis mərkəzinə hücum edilmişdi. Hücumda bir polis həyatını itirmişdi. Bundan sonra isə, 8 nəfər ölüm hökmünə məhkum edilmişdi. Misir hakimiyyəti 2013-cü ildə ölkəni bir il idarə edən prezident Məhəmməd Mursiyə qarşı çevrilişdən sonra “Müsəlman Qardaşları”nı “terror təşkilatı” kimi tanıyıb.